İqtisadiyyat

Azərbaycanda problemli kreditlərin həcmi 25% azalıb

Bu ilin mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 921,5 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 0,4% artıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə isə bu göstərici 25,2% azalıb. İlin əvvəli ilə müqayisədə isə 3,2% artıb.
Qeyd edək ki, mayın 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 6,2% təşkil edib. Bu ötən ayla müqayisədə dəyişməz olaraq qalıb, illik isə 1,9 faiz bəndi azdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button