İqtisadiyyat

Azərbaycanda problemli kreditlərin həcmi son bir ildə 16,4% azalıb

Bu ilin iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 906,9 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 1,6% azalıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə isə bu göstərici 16,4% azalıb, ilin əvvəli ilə müqayisədə isə 1,6% artıb.
Qeyd edək ki, iyunun 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 6% təşkil edib. Bu ötən ayla 0,2 faiz bəndi azdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button