İqtisadiyyat

Azərbaycanda qəzalı binaların təmiri və tikintisi üçün 5 milyon manat xərclənib

2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan Azərbaycan ərazisində qəzalı vəziyyətdə olan yaşayış binalarında məskunlaşmış sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların tikintisi, əsaslı təmiri və digər zəruri tədbirlərin görülməsi üçün xərclənən vəsait açıqlanıb.
APA-nın məlumatına görə, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə əsasən, bu məqsədlə 5 milyon manat sərf olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button