Cəmiyyət

Azərbaycanda qadın polis əməkdaşına xəsarət yetirdi

İyulun 1-də Ağdam rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Əhliyət Qasımova qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Ağdam rayon prokurorluğundan “Report”a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, vətəndaş müraciəti ilə əlaqədar rayonun Baharlı I qəsəbəsində hadisə yerinə baxış keçirilərkən barəsində şikayət olunan İradə Atayeva xidməti vəzifəsini icra edən hakimiyyət nümayəndəsi olan Əhliyət Qasımovun üzərinə hücum edərək xəsarət yetirib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaq davam edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button