İqtisadiyyat

Azərbaycanda Qadınların Milli Biznes Gündəliyi platforması yaradılıb

Azərbaycanda ilk dəfə olaraq Qadınların Milli Biznes Gündəliyi (QMBG) platforması yaradılıb.
“APA-Economics”in məlumatına görə, QMBG özəl sektor platforması olaraq kommersiya sahəsində qadınların iştirakını artırmaq məqsədilə innovativ siyasət tövsiyələri verəcək.     
Bu gün USAID-in Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində təşkil olunan zirvə görüşündə qadınların idarəçiliyinə və iqtisadi həyatdakı iştirakına mane olan hüquqi-ictimai baryerlərin azaldılmasına çalışan oxşar fikirli təşkilatların nümayəndələri bir araya gəlib.
Tədbir Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi islahatlara qadın assosiasiyalarının və sahibkarlarının daha çox töhfə verməsi və qadın sahibkarlığının gücləndirilməsi üçün vahid koalisiyanın yaradılmasına da maraq oyadıb.        
USAID-in Azərbaycandakı missiya rəhbəri Cey Sinqxin sözlərinə görə, təmsil etdiyi təşkilatın belə təşəbbüslərinin sayəsində, xüsusən də qadınlar üçün daha əlverişli biznes mühiti yaradılır, onların rəqabətini boğan inzibati maneələr azaldılır.
“Biz qadınların idarə etdiyi təşkilatların və şirkətlərin gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərərək qadın sahibkarlığını milli iqtisadiyyatın əsas aparıcı qüvvəsi kimi qəbul edən iqtisadi islahatlar gündəliyini ön plana çəkirik”, – deyə C. Sinqx qeyd edib.
QMBG Azərbaycanda ilk  dəfə olaraq qadın sahibkarlığının inkişafını dəstəkləyən və təşviq edən geniş platformadır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button