İqtisadiyyat

Azərbaycanda qum çatışmazlığı probleminin həlli üçün xüsusi strategiya hazırlanır

İqtisadiyyatın ən vacib materiallardan biri sayılan qum çatışmazlığı aktuallığını qoruyur və bu problemin həlli üçün xüsusi strategiya hazırlanır.
Bunu “APA-Economics”ə Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının sədri Niyaməddin İsgəndərov deyib.
Onun sözlərinə görə, qeyd olunan problemin aktuallığını nəzərə alaraq təkliflər hazırlanıb: “Söhbət təbii bildiyimiz qum yataqlardan deyil, daha çox dağlardan və bərpa oluna bilən sahələrin inkişafından gedir ki, bununla bağlı xüsusi strategiya hazırlanır”, – Ölkə üzrə illik qum istehlakına dair statistikanın aparılması məsələsinə gəldikdə, Assosiasiya sədri rəhbərlik etdiyi qurumun yeni fəaliyyətə başlaması səbəbindən ümumi rəqəmlərin mövcud olmadığını söyləsə də, Quba rayonunda sahə üzrə sahibkarlıq fəaliyyəti ilə bağlı bu göstəricinin ortalama 300-400 ton təşkil etdiyini bildirib.
Xatırladaq ki, bu ilin mart ayında CNBC qlobal iqtisadiyyatı qum çatışmazlığı ilə üzləşə biləcəyi barədə məlumat yayıb. Qeyd olunur ki, bu, XXI əsrin ən böyük problemlərindən biri ola bilər. Belə ki, qum sudan sonra ən çox tələb olunan ikinci mənbədir. Qum yolların, körpülərin, yüksək sürətli keçidlərin tikintisində istifadə olunan əsas materialdır. Bu məhsul şüşənin, silikon çiplərin və digər məhsulların istehsalında da istifadə olunur. Xüsusilə, bir ton sement istehsalı üçün 10 ton qum tələb olunur. Təkcə inşaat sektoru hər il 40-50 mlrd. ton arasında qum istehlak edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button