Gündəm

Azərbaycanda Respublika Günüdür

Bu gün, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (XC) yaranmasından 103 il ötür.

Xalq Cümhuriyyətinin paytaxtı əvvəlcə Tbilisi, daha sonra Gəncə olub. 1918-ci il sentyabrın 15-də Bakı “Sentrokaspi” Diktaturasından azad edildikdən sonra Xalq Cümhuriyyətinin paytaxtı ora köçürülüb.

Bu dövlət Şərq ölkələri arasında ilk dəfə qadınlara səsvermə hüququ tanıyıb.

1918-ci il noyabrın 9-da onun üçrəngli bayrağı qəbul edilib. Məhz XC dövründə Azərbaycanda ilk ali məktəb açılıb.

23 aylıq fəaliyyətdən sonra 1920-ci il aprelin 27-də Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib.

1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bəyan edib. Həmin vaxt Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edilib.

1992-ci ildən Azərbaycanda mayın 28-i Respublika Günü kimi qeyd edilir.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button