İqtisadiyyat

Azərbaycanda şəkərli diabetin profilaktikası üçün preparatın qablaşdırılması və satışı təşkil olunacaq

Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” MMC ilə Fransanın beynəlxalq müstəqil əczaçılıq qrupu olan “Servier” şirkəti arasında Azərbaycanda dərman preparatlarının istehsalına dair tərəfdaşlıq sazişi imzalanıb.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sazişə əsasən, tərəflər “R-Pharm” MMC-nin istehsal müəssisəsində şəkərli diabetin fəsadlarının profilaktikası üçün “Diabeton®” (qliklazid) preparatının Azərbaycanda qablaşdırılmasını və satışını həyata keçirəcək.
Beşillik müqavilənin şərtlərinə əsasən, müəssisədə ildə qeyd edilən dərman preparatının təxminən 1 mln. qutu həcmində istehsalı həyata keçiriləcək.
Qeyd edək ki, dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC 2018-ci ilin sentyabr ayından Pirallahı Sənaye Parkının rezidentidir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button