İqtisadiyyat

Azərbaycanda sənaye istehsalı cüzi azalıb

Bu ilin birinci yarısında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 0,3%  azalaraq 23,1 mlrd. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, azalma neft-qaz sektorunda məhsul istehsalının 3,2% azalması hesabına baş  verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,6 faiz artıb.
Məlumata görə, sənaye məhsulunun 62,6%-i mədənçıxarma,  31,3%-i emal, 5,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı,  bölüşdürülməsi və təchizatı, 0,9%-i isə su təchizatı, tullantıların  təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
“Sənayedə qeyri-dövlət sektorunun payı 81,9% olub. Ümumi istehsalın 90,7 faizi sənaye məhsullarının istehsalı, 9,3%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb”, – məlumatda deyilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button