İqtisadiyyat

Azərbaycanda sənaye istehsalı yanvar-mayda 2,2% azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 18,8 mlrd. manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2% az sənaye məhsulu istehsal edilib.
“APA-Economics” bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasına istinadən xəbər verir.
Qeyd olunur ki, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,2% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,2% artıb.
“Sənaye məhsulunun 62,5%-i mədənçıxarma sektorunda, 31,2%-i emal sektorunda, 5,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,9% azalıb, əmtəəlik qaz hasilatı isə 7,7% artıb”, – açıqlamada deyilir.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 4,4 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,9 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, maşın və avadanlıqların istehsalı 98,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 96,3%, tütün məmulatlarının istehsalı 86,3%, elektrik avadanlıqlarının istehsalı 81,5%, toxuculuq sənayesi məhsullarının istehsalı 43%, kağız və karton istehsalı 41%, tikinti materiallarının istehsalı 29,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,6%, geyim istehsalı 20,5%, qida məhsullarının istehsalı 7,7%, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,3%, neft məhsullarının istehsalı 3%, metallurgiya sənayesi məhsullarının istehsalı 2,4% artıb, hazır metal məmulatlarının istehsalı 4,7%, içkilərin istehsalı 8,6%, kimya sənayesi məhsullarının istehsalı 9,8%, mebel istehsalı 28,9%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,7%, poliqrafiya məhsullarının istehsalı 63,5%, sair nəqliyyat vasitələrinin istehsalı 70,9% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,6% artıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button