İqtisadiyyat

Azərbaycanda satınalmalar üzrə qanunvericiliyin əsas boşluqları açıqlanıb

Azərbaycanın satınalmalar üzrə qanunvericiliyinə edilən dəyişikliklər artıq Milli Məclisin üç oxunuşdan keçib.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”) tərəfindən hazırlanan “Ağ Sənəd”in növbəti nəşrinin təqdimetmə mərasimində çıxış edən Palatanın satınalmalar komitəsinin sədri Kənan Tabasaranski deyib.
Onun sözlərinə görə, yeni qanun layihəsində hazırlanan təkliflər işçi qrupu şəklində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə hazırlanıb.
““Ağ Sənəd”ə ölkədə satınalma sahəsində olan boşluqları və onların aradan qaldırılması üzrə tövsiyələrimiz əlavə olunub. Onların arasında əsasən üç istiqamət var. Birinci istiqamət – bazar iştirakçıları əsasən mikro, kiçik və orta təşkilatların dövlət satınalmalarına inamsızlığın aradan qaldırılmasıdır. İkinci istiqamət – proseslərin şəffaflaşdırılması və elektronlaşdırılması, üçüncü istiqamət isə qanunvericiliyə tələb olunan dəyişiklik və əlavələrin edilməsi. Bu tövsiyələr həm dövlət, həm də özəl təşkilatlarla birgə işlənilib. Bəzi təkliflərimiz artıq tətbiq olunub”, – deyə K. Tabasaranski qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button