Cəmiyyət

Azərbaycanda son sutkada COVID-19-a yoluxma sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə indiyədək ölkədə ümumilikdə 335 493 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 550 nəfər müalicə olunaraq sağalıb, 4 962 nəfər vəfat edib. Aktiv xəstə sayı 981 nəfər təşkil edir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 581, bu günə qədər isə ümumilikdə 3 675 862 test icra olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button