Cəmiyyət

Azərbaycanda son sutkada vaksinasiya olunanların sayı açıqlanıb

Azərbaycanda bu gün 40 709 nəfər vaksinasiya olunub.
“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 837, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 872 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 956 663, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 931 642, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 025 021 nəfər təşkil edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button