İqtisadiyyat

Azərbaycanda sosial və işsizlikdən sığorta haqları üzrə büdcə daxilolmaları artıb

Azərbaycanda icbari dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müsbət dinamika davam edir.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir əlavə edib ki, bu ilin dörd ayında qeyd olunan sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən müvafiq olaraq 112,6% və 111,4% təşkil edib.
“Büdcəyə hər iki sığorta haqları üzrə toplam 140,4 mln. manatdan artıq vəsait daxil olub”, – nazir qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button