İqtisadiyyat

Azərbaycanda startap şəhadətnamələrinin verilməsinə başlanılıb

Startap şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyə (KOBİA) 6 müraciət daxil olub.
“APA-Economics”in əldə etdiyi məlumata görə, mövcud normalara uyğun 5 startap mikro və kiçik sahibkarlıq subyekti Şuranın müzakirəsinə təqdim edilib.
Şura bəlli meyarlar əsasında səs çoxluğu ilə 3 startapa “Startap şəhadətnaməsinin verilməsi haqqında rəy verib.
Mövcud qaydalara görə, şəhadətnamə alan startaplar əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad ediləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button