İqtisadiyyat

Azərbaycanda təmassız kartların sayı kəskin artıb

Azərbaycanın Mərkəzi Bankı (AMB) üçün ödəniş xidmətlərinin rəqəmsallaşdırılmasında əsas məqsəd daha sadə, sürətli, təmassız və istehlakçılar üçün rahat ödəmə həllərinin təşviq etməklə ölkədə nağdsız iqtisadiyyatın artımında köklü dəyişikliyə nail olmaqdır.
“APA-Economics”in məlumatına görə, bu barədə AMB-nin icraçı direktoru Fərid Osmanov bildirib.
“Həmin ödəmə xidmətlərinin bazara təqdim edilməsi həm də yeni gəlir axınlarının və əlavə dəyər imkanlarının inkişafı üçün yol açılır. Bu gün tərəfdaşlarımızla birgə “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində dəmir yollarında yeni pilot təşəbbüsünü uğurla istifadəyə veririk. Dövlət Proqramı daxilində biz ödənişlərin nəhəng dərəcədə artmasına nail olmuşuq”, – deyə AMB-nin rəsmisi bildirib.
F. Osmanov qeyd edib ki, sözügedən dövlət proqramının fəaliyyəti çərçivəsində ölkədə ödəniş kartlarının sayı 44% artaraq 10,1 milyona, təmassız kartların sayı isə 5,5 dəfə artaraq 4,6 milyona çatıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button