İqtisadiyyat

Azərbaycanda taksi istifadəçilərinin sayı 63% artıb

Azərbaycanda bu ilin yanvar-aprel aylarında avtobuslarla 326 773,2 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 25,7% azdır.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2020-ci ilin yanvar-aprel aylarında avtobus nəqliyyatı ilə 440 016,5 min sərnişin daşınıb.
Məlumata görə, hesabat dövründə minik taksilərindən 28 188,8 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 62,8% çoxdur. 2020-ci ilin yanvar-aprelində taksi xidmətlərindən 17 319,9 min nəfər istifadə edib.
Xatırladaq ki, ötən il ölkədə avtobuslarla 1 055 266,9 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 39,4% azdır. Hesabat dövründə minik taksilərinin xidmətindən 44 933,4 min nəfər istifadə edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 37,5% azdır. Azalma koronavirus pandemiyası çərçivəsində ötən ilin aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button