İqtisadiyyat

Azərbaycanda tikinti materiallarının istehsalı artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 302,8 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,3% artıb. 
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 2,1 dəfə, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 86,9%, tikinti gipsinin istehsalı 43,1%, hörmə üçün hazır beton qarışığının istehsalı 42,3%, tikinti əhənginin istehsalı 36,1%, sementin istehsalı 11,4%, tikinti kərpicinin istehsalı 7,6% artıb, asfaltın istehsalı isə 78,5% azalıb.
Tikinti materiallarının istehsalı sahәsindә әsas mәhsul növlәrinin buraxılışı:

Mәhsul növlәri

2021-ci ilin yanvar-may aylarında istehsal edilib

Әvvәlki ilə nisbәtәn, faizlә

Sement, min ton

1 393,5

111,4

Tikinti gipsi, min ton

9,3

143,1

ondan әmtәәlik

9,3

143,1

Tikinti әhәngi, min ton

14,7

136,1

Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton

28,4

2,1 d.

Betondan yığma tikinti konstruksiyaları, min kub metr

12,5

74,4

Asfalt, min ton

12,6

21,5

Tikinti kәrpici, min kubmetr

205,6

107,6

Hörmә üçün hazır beton qarışığı, min ton

972,7

142,3

Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton

14 121,7

186,9

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button