Gündəm

Azərbaycanda vaksinasiya olunanların sayı açıqlandı

Son sutkada Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 34 344 nəfər vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb. Bildirilib ki, son sutkada birinci mərhələ üzrə 20 459, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 13 885 olub.

Hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı vurulan vaksinlərin ümumi sayı 982 291-dir. Belə ki, birinci mərhələ üzrə vaksinasiya olunanları sayı 611 471, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 370 820 nəfərdir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button