İqtisadiyyat

Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı 8% artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 29,9 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% azdır.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvar-apreldə günəş enerjisi ilə işləyən stansiyaların tərəfindən isə 13,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (artım 7,8%).
Qeyd edək ki, yanvar-aprel aylarında Azərbaycanda 8 383 mln. kVt-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin dörd ayı ilə müqayisədə 1,3% çoxdur. Ölkədə istehsal edilə edilən elektrik enerjinin 7 652,4 mln. kVt-saat istilik (artım 0,3%), 427,7 mln. kVt-saat su elektrik (artım 28,1%) stansiyaların payına düşüb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button