İqtisadiyyat

Azərbaycanı beynəlxalq müsabiqədə təmsil edən poçt markası dövriyyəyə buraxılıb

Poçt rabitəsi sahəsində Avropa Ticarət Assosiasiyası (PostEurop) “Məhv olmaq təhlükəsi ilə üzləşmiş yerli vəhşi təbiət” mövzusunda “EUROPA 2021” poçt markalarının buraxılışına qərar verib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” MMC tərəfindən bu mövzuda Zəngəzur Milli Parkında yaşayan nadir növ Qafqaz bəbiri (Panthera Pardus Ciscaucasica), Muflon (Ovis Orientalis) və Cənubi Qafqaz kərtənkələciyinə (Eremias Pleskei) həsr edilmiş poçt markaları dövriyyəyə buraxılıb.
Belarus Respublikasının Bobruysk şəhərində 350 min tirajla çap olunan markaların müəllifi “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovdur.
Qeyd edək ki, Qafqaz bəbirinə həsr edilmiş poçt markası “EUROPA 2021” poçt markaları müsabiqəsində Azərbaycanı təmsil edir. Qaliblər səsvermə yolu ilə müəyyən ediləcək. Mayın 9-da başlanan səsvermə 9 sentyabr tarixində başa çatacaq. Ölkəni təmsil edən markaya dəstək olmaq imkanı yaradılıb.
Xatırladaq ki, səs vermək üçün bu linkə (https://europa2021.posteurop.org/#/my-vote:Azerbaijan%20) daxil olaraq “Your vote” xanasından Azərbaycanı seçir, sonra isə müvafiq xanalara adınızı, soyadınızı, elektron poçt ünvanınızı qeyd etmək və “Privacy Policy”ni təsdiqləməklə “Submit my vote” düyməsini sıxırsınız.
Məlumat üçün bildirək ki, zəngin bioloji müxtəlifliyə malik Zəngəzur Milli Parkı nəsli kəsilməkdə olan heyvanların sayının qorunub saxlanılması məqsədilə yaradılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button