İqtisadiyyat

Azərbaycanın 161 dövlət qurumunun sistemi “Hökumət buludu”na miqrasiya olunacaq

Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na keçid məqsədilə 2020-2021-ci illər ərzində nəzərdə tutulan 161 dövlət qurumundan, birinci və ikinci mərhələ üzrə 36-nın nümayəndələri görüşlər təşkil olunub.
“AzInTelecom” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, görüşlərdə “Hökumət buludu” konsepsiyasının tətbiqi zamanı miqrasiyanın təşkili, ehtiyat, maliyyə aspektləri, arxiv üçün mərkəzlərdən istifadə imkanları, informasiya təhlükəsizliyi, hüquqi mexanizm və iştirakçıları maraqlandıran digər sahələr üzrə suallar cavablandırılıb.
Üçüncü mərhələdə digər dövlət qurumları ilə cari ilin sonunadək görüşlərin keçirilməsi planlaşdırılır.
“Hökumət buludu”na keçidlə, dövlət qurumları ənənəvi İT infrastrukturdan “bulud”a miqrasiya edib, İT resurslarını qısa zamanda əldə edərək layihələrini daha çevik və effektiv şəkildə həyata keçirir, işçilərin məhsuldarlığını artırırlar.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button