İdman

“Azərbaycanın adını layiqincə təmsil etmək üçün əlimizdən gələni etməyə çalışacağıq”

“Sumqayıt” olaraq ötən mövsüm avrokubok həyəcanını yaşamışdıq. Əlbəttə, az da olsa təcrübəmizin olduğunu düşünürəm”.
Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Konfrans Liqasının püşkatma mərasimini dəyərləndirərkən deyib.
Klubun rəsmi saytına danışan 40 yaşlı çalışdırıcı II təsnifat mərhələsində Serbiya təmsilçisi “Çukariçki” ilə keçiriləcək oyunlara münasibət bildirib: “Dünən axşam məlum olan 5 potensial rəqibləri demək olar ki, analiz etmişdik. Onların hamısı öz liqalarının güclü klublarındandır. Püşkün nəticəsinə əsasən, Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşacağıq. 94 yaşlı rəqibimiz ötən mövsüm çempionatı 3-cü pillədə bitirib. Bizim kimi onlar da, daha çox yerli futbolçuların xidmətindən yararlanır. Rəqibin Avropa təcrübəsi bizdən çox olsa da, ötən il qazandığımız təcrübənin bizə kömək olacağını düşünürəm. İndi əsas işimiz yeni mövsümə hazırlaşmaq və bu oyuna qədər komandanı hazır vəziyyətə gətirməkdir. Konfrans Liqasında Azərbaycanın adını layiqincə təmsil etmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.
Qeyd edək ki, “Sumqayıt” ilk oyununu iyulun 22-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button