İqtisadiyyat

Azərbaycanın Aİ ölkələri ilə müsbət ticarət saldosu 24% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 5 550 301,55 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 740 347,01 min dollar və ya 15,4% çoxdur.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə illik ifadədə ixracın həcmi 18,5% çoxalaraq 4 479 388,32 min dollar, idxalın həcmi isə 4% artaraq 1 070 913,23 min dollar təşkil edib.
Cari ilin ilk yarısında 3 408 475,09 min dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 660 min dollar və ya 24% çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button