İqtisadiyyat

Azərbaycanın bank sektoruna kredit qoyuluşları ilin əvvəlindən 3,8% artıb

Azərbaycanda bank sistemi üzrə kredit portfeli ilin əvvəlindən 3,8%, o cümlədən biznes kreditləri 2,4% artıb.
“APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir.
Bu dövrdə tikinti və bir sıra əlaqəli real sektor sahələrində iqtisadi fəallığa dəstək verən ipoteka kreditləri 7,2% artıb.
Qeyd edilir ki, istehlak tələbinin fəallaşması fonunda istehlak kreditləri 5,1% artsa da, pandemiyadan öncəki səviyyəni bərpa etməyib.
Xatırladaq ki, bu ilin mayın 1-nə Azərbaycanın bank sektoruna kredit qoyuluşları 14 611,8 mln. manat təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button