İqtisadiyyat

Azərbaycanın bank sektorunun cəmi aktivləri 8% artıb

Bu ilin iyunun 1-nə Azərbaycanın bank sektorunun cəmi aktivləri 33 810,7 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 3,1% çoxdur.
“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Cəmi aktivlərin həcmi illik müqayisədə 8,2% artıb.
İyunun 1-nə bank sektorunun cəmi öhdəlikləri 29 058,2 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 3,5%, illik müqayisədə isə 8,8% çoxdur.
Məlumata əsasən, 2021-ci ilin iyunun 1-nə bank sektorunun cəmi kapitalı 4 752,5 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,5%, ötən ilin eyni vaxtı ilə müqayisədə isə 4,2% çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button