İqtisadiyyat

Azərbaycanın bank sektorunun qeyri-faiz zərərinin mayda kəskin azalması mənfəətə müsbət təsir edib

Bu ilin may ayında Azərbaycanın bank sektorunun iştirakçıları 78,5 mln. manat məbləğində xalis mənfəət əldə ediblər.
“APA-Economics”in Mərkəzi Bankın göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu göstərici aprel ayı ilə müqayisədə 71% çoxdur. Bankların əməliyyat mənfəətinin əsasını xalis faiz gəlirləri təşkil edib. Belə ki, mayda bankların xalis faiz gəlirləri cəmi 0,7% artaraq 125,4 mln. manat olub (apreldə bu göstərici ümumiyyətlə dəyişməmişdi – red.), xalis qeyri-faiz zərəri isə 2,8 dəfə azalaraq 15,8 mln. manat təşkil edib. Beləliklə, may ayında bank sektorunun əməliyyat mənfəəti qeyri-faiz zərərinin azalması hesabına 35,6% artaraq 109,6 mln. manata bərabər olub.
Qeyd edək ki, hesabat ayında bank sektorunun mənfəətdən vergiləri 36,3% azalaraq 7,2 mln. manat təşkil edib, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları isə 23,9 mln. manat artırılıb və 87,5 mln. manata çatdırılıb.

Göstəricilər

May, mln. manat

Aylıq dinamika, %

Xalis faiz gəliri

125,4

0,7

Xalis qeyri-faiz zərəri

15,8

– 2,8 dəfə

Əməliyyat mənfəəti

109,6

35,6

Digər gəlirlər

0

-100

Zərər ehtiyatı üzrə ayırmalar

23,9

Mənfəətdən vergilər

7,2

-36,3

Xalis mənfəət

78,5

71

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button