İqtisadiyyat

Azərbaycanın bir neçə kiçik dövlət müəssisəsi özəlləşdirilib

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 8-də təşkil olunmuş növbəti hərracda 4 dövlət əmlakı özəlləşdirilib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, özəlləşdirilən kiçik dövlət müəssisələri və yarımçıq tikili Yardımlı, Oğuz və Bərdə rayonlarında yerləşir. Hərracda Şirvan şəhərindəki “Əli Bayramlı Aqrotəmir” ASC-nin dövlətə məxsus səhm paketi də satılıb.
Özəlləşdirilən dövlət əmlakının siyahısı: https://bit.ly/3cqko9o.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button