İqtisadiyyat

Azərbaycanın Britaniyaya ixracı 12 dəfədən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Böyük Britaniya ilə apardığı ticarət mübadiləsinin həcmi 182,939 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,2 dəfə çoxdur.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycandan Böyük Britaniyaya ixracın həcmi 87,222 mln. dollar təşkil edib ki, bu da illik ifadədə 12,2 dəfə çoxdur. İdxalın həcmi isə 95,717 mln. dollara bərabər olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 26,3% çoxdur.
Nəticədə, 2021-ci ilin yanvar-aprel aylarında 8,495 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 8,1 dəfə azdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button