İqtisadiyyat

Azərbaycanın cari əməliyyatlar hesabı yanvar-martda ÜDM-in 5,6%-nə bərabər olub

2021-ci ilin I rübündə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 627,7 mln. ABŞ dolları və ya ÜDM-in 5,6%-ni təşkil edib.
“APA-Economics” Mərkəzi Bankın məlumatlarına istinadən verdiyi məlumata görə, neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 19,9% azalaraq 1,9 mlrd. dollar, qeyri-neft sektoru üzrə isə həmin göstəricinin kəsiri isə 26,1% azalaraq 1.3 mlrd. dollar məbləğində olub.
Qeyd edək ki, 2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. dollar və ya ÜDM-in 0,5%-ni təşkil edib. (2019-cu ildə 4.4 mlrd. dollar profisit olmuşdu).

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button