Redaktorun seçimi

Azərbaycanın Hindistandan ədviyyat idxalı 759 min ABŞ dolları olub

Hindistanın Azərbaycandakı Səfirliyi, Hindistanın Ədviyyatlar Şurası ilə birlikdə Hindistan ədviyyatını təbliğ etmək məqsədilə Hindistan və Azərbaycanın 70-dən çox iş adamının iştirakı ilə onlayn İnteraktiv vebinar təşkil edib.

İstiqlal.az xəbər verir ki, vebinarda Ədviyyatlar Şurasının sədri və katibi D. Sathiyan Hindistan ədviyyatının dünya bazarında üstünlüyü vurğulayaraq Hindistan ədviyyatının Azərbaycanda bazar payını genişləndirmək istəyini ifadə edib. Ədviyyatlar Şurası, Hindistan ədviyyatlarının inkişaf etdirilməsi və dünya səviyyəsində tanıdılması məqsədilə yaradılmış flaqman təşkilatıdır.

Hindistanın Azərbaycandakı səfiri  B. Vanlalvavna ədviyyat ticarəti sahəsində ikitərəfli əməkdaşlığa artan marağı və Hindistan ədviyyatının Azərbaycandakı potensialından söz açıb.

Ədviyyatlar Şurasının “Hindistanın ədviyyat sektorundakı gücü” mövzusundakı təqdimatında Hindistanda yetişdirilən ədviyyat növləri, eləcə də  Hindistanın ədviyyat ixracatının həcmi  vurğulanıb.  Həmçinin, təqdimatda Hindistanın dünyanın ən böyük ədviyyat istehsalçısı, istehlakçısı və ixracatçısı olduğu, eyni zamanda  Hindistan Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən siyahıya alınan 109 növ ədviyyatdan 75-ini istehsal edir və dünya ədviyyat ticarətinin yarısını Hindistanın payına düşdüyü qeyd edilib.

Azərbaycan Respublikası Milli Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nəzdində fəaliyyət göstərən  ASK Konsaltinqin direktoru Şəbnəm Nuriyeva, Hindistan Ədviyyatı İxracatçılarının öz məhsullarını Azərbaycan bazarında tanıtmaq üçün istifadə edə biləcəyi yeni ikitərəfli ticarət platforması barədə məlumat verib.

Qarşılıqlı müzakirələr zamanı, ədviyyat sahəsində fəaliyyət göstərən hindistanlı iş adamları azərbaycanlı həmkarları ilə əməkdaşlığa maraq nümayiş etdirib.

Xatırladaq ki, 2020-ci ildə Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 582,8 milyon ABŞ dolları məbləğində olub. Hindistan Azərbaycanın ümumi ticarət dövriyyəsində  2,4 faiz payla  8-ci əsas ticarət tərəfdaşı olub.  Azərbaycanın Hindistandan ümumi ədviyyat idxalı 759 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ildə Azərbaycanın ümumi ədviyyat idxalının 15,9 faizini təşkil edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button