İqtisadiyyat

Azərbaycanın icbari və könüllü sığorta bazarları böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 116,691 mln. manat həcmində sığorta haqqı yığılıb, 50,417 mln. manat həcmində ödəniş həyata keçirilib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, 2020-ci ilin analoji dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 15% və 99,4% artıb. İcbari sığorta növləri üzrə yığımlar bazarın 34,4%-ni (yanvar-martda – 37,5%-ni), ödənişlər isə 28%-ni (yanvar-martda – 28,2%-ni) təşkil edib.
Könüllü sığorta növləri üzrə ilin ilk dörd ayında yığımlar 222,416 mln. manat, ödənişlər isə 129,373 mln. manat təşkil edib. Bu 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə müvafiq olaraq 6% və 61,2% çoxdur. Sözügedən sığorta növləri üzrə yığımlar bazarın 65,6%-ni (yanvar-martda – 62,5%-ni), ödənişlər isə 72%-ni (yanvar-martda – 71,8%-ni) təşkil edib.
Qeyd edək ki, yanvar-aprel aylarında icbari həyat sığortası üzrə yığımlar və ödənişlər müvafiq olaraq 26,075 mln. manat və 1,476 mln. manata bərabər olubsa, könüllü həyat sığortası üzrə yığımlar və ödənişlər müvafiq olaraq 108,230 mln. manat və 100,575 mln. manat təşkil edib.
Xatırladaq ki, yanvar-aprel ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 339,107  mln. manat həcmində sığorta haqqı yığılıb və 179,789 mln. manat həcmində ödəniş həyata keçirilib. Sığorta yığımları illik müqayisədə 8,9%, ödənişlər isə 70,3% artıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button