İqtisadiyyat

Azərbaycanın icmal büdcəsinin profisiti ÜDM-nin 6,4%-nə çatıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 328,9 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 958,3 mln. manat və ya 23,9% çoxdur. İcmal büdcənin xərcləri isə 12 752,4 mln. manat məbləğində icra olunub
“APA-Economics”in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 2021-ci il üzrə icmal büdcə 7 335,3 mln. manat məbləğində kəsirlə proqnozlaşdırılsa da,  cari ilin ilk altı ayında faktiki olaraq 2 576,5 mln. manat büdcə artıqlığı (profisit) yaranıb. Bu, altıaylıq ÜDM-nin 6,4%-nə bərabərdir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button