Dünya

Azərbaycanın mədəniyyət naziri iyunda Gürcüstana səfər edəcək

Gürcüstanın mədəniyyət, idman və gənclərlə iş üzrə nazir müavini Kaxa Sixarulidze və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov arasında görüş keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki,tərəflər iki ölkə arasında mədəni əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.
K.Sixarulidze qeyd edib ki, Gürcüstan və Azərbaycan arasında çoxəsrlik dostluq bir-birinin mədəni və tarixi dəyərlərinə hörmətə əsaslanıb və bu da region üçün əhəmiyyət kəsb edir.
Görüşdə Azəbaycanın mədəniyyət naziri Anar Kərimovun Gürcüstana iyun ayında planlaşdırılan səfərinə də toxunulub. Nazir müavini vurğulayıb ki, səfərin yüksək səviyyədə baş tutması üçün Gürcüstan tərəfi səylərini əsirgəməyəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button