İqtisadiyyat

Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsi üç aya tamamlanacaq

Dünya Bankı və Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən aparılan Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsi prosesi yaxın üç ay ərzində tamamlanacaq.
“APA-Economics”in məlumatına görə, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı ilə Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (FSAP) çərçivəsində Azərbaycanla başlanmış əməkdaşlıq davam etdirilir: “Azərbaycan hökumətinin müraciəti əsasında 2020-ci ilin sonunda ölkənin maliyyə sektorunun qiymətləndirilməsinə start verilib. Qiymətləndirmənin yaxın üç ay ərzində tamamlanacağı gözlənilir”.
Xatırladaq ki, FSAP çərçivəsində qiymətləndirmə 2013-cü ildən etibarən aparılır. Bura həmçinin ölkənin bank sektorunun bəzi aspektləri də daxildir. Nəticədə, sözügedən qiymətləndirmə bank sektorunda mövcud problemlərin həlli üçün əsas vasitələrdən ola bilər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button