İqtisadiyyat

Azərbaycanın maye qaz ixracından gəlirləri üç dəfə artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 31 105,3 ton maye qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, yanvar-may aylarında ixrac edilən maye qazın dəyəri 7 115,2 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,8 dəfə çoxdur.
Xatırladaq ki, ötən il ərzində Azərbaycan 40 253,7 ton maye qaz ixrac edib, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 23,9% azdır. 2020-ci ildə ixrac edilən maye qazın dəyəri 5 029,8 min dollar olub, illik ifadədə bu göstərici 58,5% azalıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button