İqtisadiyyat

Azərbaycanın MDB ölkələri ilə mənfi ticarət saldosu 18%-dək azalıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% artaraq 2,102 mlrd. ABŞ dollarına çatıb.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında apardığı hesablamalarına görə, bu müddət ərzində ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 13,5% artaraq 807 mln. dollara yaxın olub, idxal isə 0,5% azalaraq 1,295 mlrd. dollar təşkil edib.
Nəticədə, cari ilin ilk yarısında 488 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 17,6% azdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button