İqtisadiyyat

Azərbaycanın MDB ölkələri ilə mənfi ticarət saldosu azalıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% artaraq 1,426 mlrd. ABŞ dollarına çatıb.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında apardığı hesablamalarına görə, bu müddət ərzində ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 94,664 mln. dollar və ya 21,6% artaraq 532,594 mln. dollar, idxal isə 876,9 min və ya 0,1% artaraq 893,582 mln. dollar təşkil edib.
Nəticədə, cari ilin yanvar-aprel aylarında 360,988 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 20,6% azdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button