İqtisadiyyat

Azərbaycanın MDB ölkələrinə ixracı 14% artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 1,732 mlrd. ABŞ dollarına çatıb.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında apardığı hesablamalarına görə, bu müddət ərzində ixracın həcmi 659,191 mln. dollar, idxalın həcmi isə 1,073 mlrd. dollar təşkil edir. İxrac illik müqayisədə 13,7% artıb, idxal isə 3,1% azalıb.
Nəticədə, cari ilin yanvar-may aylarında 414,023 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 21,5% azdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button