İqtisadiyyat

Azərbaycanın mobil rabitə sektorunun gəlirləri 5%-dək artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 379,4 mln. manat təşkil edib.
Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42,3%-ni təşkil edib.
“Cari ilin ilk beş ayında informasiya və rabitə müəssisələri tərəfindən 897,5 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 75,3%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 4,4% artıb”, – komitədən bildirilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button