İqtisadiyyat

Azərbaycanın neft kəmərləri ilə bu il nəql olunan neftin həcmi açıqlanıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın magistral neft kəmərləri vasitəsi ilə 14 718,3 min ton neft nəql edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% azdır.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən verdiyi xəbərə görə, nəqletmənin 75,6%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 11 124,8 min ton neft ötürülüb. Bu, illik müqayisədə 11,2% azdır.
Qeyd edək ki, dövr ərzində BTC kəməri ilə 1 523,3 min ton tranzit nefti də nəql edilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button