İqtisadiyyat

Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 74% artıb

Bu ilin birinci yarısında Azərbaycan 283 001,56 min ABŞ dolları dəyərində 646 011,05 ton neft məhsulları ixrac edib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 73,7%, həcmi isə 6,5% artıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə Azərbaycan 162 928,54 min dollar dəyərində 606 553,31 ton neft məhsulları ixrac edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button