İqtisadiyyat

Azərbaycanın neft-qaz sektoruna bu il 2,3 mlrd. manata yaxın sərmayə yatırılıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın neft-qaz sektoruna 2 287,9 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 0,6% azdır.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə bu göstərici 2 301,2 mln. manat təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə ölkənin neft-qaz sektoruna 5 879,7 mln. manat həcmində vəsait yönəldilib. Bu göstərici əvvəlki illə müqayisədə 7,1% artıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button