İqtisadiyyat

Azərbaycanın neft-qaz sektoruna bu il 2,7 mlrd. manatdan çox sərmayə yatırılıb

Bu ilin birinci yarısında Azərbaycanın neft-qaz sektoruna 2 741,2 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 1,3% azdır.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə bu göstərici 2 778,4 mln. manat təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə neft-qaz sektoruna 5 879,7 mln. manatlıq vəsait yönəldilib. Bu göstərici əvvəlki illə müqayisədə 7,1% artıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button