İqtisadiyyat

Azərbaycanın neft-qaz sektoruna cəlb olunmuş birbaşa investisiyaların həcmi açıqlanıb

Bu ilin I rübündə Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1,401 mlrd. ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,9% çoxdur.
“APA-Economics” Mərkəzi Bankın məlumatlarına istinadən verdiyi məlumata görə, Yatırılmış birbaşa investisiyaların 1 249,6 mln. dolları neft-qaz sektoruna yönəlib. Bu, ümumi investisiyaların 89,2%-ni təşkil edir.
Qeyd edək ki, 2020-ci ilin eyni rübündə Azərbaycanın neft-qaz sektoruna 951,1 mln. dollarlıq birbaşa investisiya yönləndirilib və bu, ümumi investisiyaların 80%-ni təşkil edib.
Beləliklə, bu ilin I rübündə neft-qaz sektoruna cəlb olunmuş birbaşa investisiyaların həcmi 31,4%, neft-qaz birbaşa investisiyalarının ümumi birbaşa investisiyalarda payı isə 9,2 faiz bəndi artıb.
Xatırladaq ki, qeyr-neft sektoruna cəlb olunmuş investisiyalarının həcmi cəmi 151,5 mln. dollar təşkil edib, bu da illik müqayisədə 36,1% azdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button