İqtisadiyyat

Azərbaycanın peyk xidmətlərindən gəlirləri apreldə kəskin artıb

Bu ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 16,9 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, peyk operatorunun əldə etdiyi gəlir, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% artıb.
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91%-ni təşkil edib. 2021-ci ilin aprel ayında isə “Azərkosmos” ASC dünyanın 26 ölkəsinə 6,3 mln. dollar dəyərində xidmət ixrac edib ki, bu da mart ayı ilə müqayisədə 3 dəfə çoxdur.
2021-ci ilin yanvar-aprel ayları ərzində daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə ABŞ (5,1 mln. dollar), Malayziya (3,6 mln. dollar), Birləşmiş Krallıq (3,3 mln. dollar), Fransa (2,8 mln. dollar), BƏƏ (432 min dollar) və BƏƏ (579 min dollar) qərarlaşıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button