İqtisadiyyat

Azərbaycanın radiotezlik üzrə layihə qrupunun iclasında iştirak edib

Azərbaycanın rabitə administrasiyası Regional Rabitə Birliyi (RRB) üzv ölkələrin eləcədə digər ölkələrin sərhəd bölgələrində 470-694 MHz radio tezlik diapazonunda əlavə kanalların axtarışı ilə bağlı iş üzrə layihə qrupunun ikinci işçi iclasında iştirak edib.
RRB-dən “APA-Economics”ə verilən məlumata görə, iclasda Azərbaycanla yanaşı Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Ermənistan rabitə administrasiyalarının, həmçinin RRB-nin İcraiyyə Komitəsinin üzvləri iştirak edib.
İclas iştirakçıları 694-790 MHz tezlikdə radio elektron yayım xidmətlərindən istifadəyə verilməsi ilə əlaqədar, radio tezlik spektrinin itkisini kompensasiya etmək məqsədilə yerüstü səyyar rabitə xidmətlərində istifadə oluna biləcək 470-694 MHz diapazonunda əlavə kanalların axtarışı məsələsinə diqqət yetiriblər.
Bununla yanaşı iclasda Rabitə Administrasiyalarının 1 iyul 2021-ci il tarixədək İcraiyyə Komitəsinə əlavə kanallar barədə məlumat təqdim etmələrinə nə dərəcədə hazır olduqları da nəzərdən keçirilib.
Layihə qrupunun növbəti iclası iyulun 19-na planlaşdırılıb. 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button