İqtisadiyyat

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 4%-dək artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 1,342 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,7% çoxdur.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 418,5 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 10% çoxdur. İdxal isə 924 mln. dollara bərabər olub ki, bu göstərici illik ifadədə 1,2% artıb.
Nəticədə, 2021-ci ilin ilk yarısında 505,5 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 5,2% azalıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button