İqtisadiyyat

Azərbaycanın sənaye zonalarında indiyədək 4,2 mlrd. manatlıq məhsul istehsal olunub

Azərbaycanın qeyri-neft sektorunun inkişafında əlverişli mexanizm olan sənaye zonalarında 2021-ci ilin birinci yarısında 824 mln. manatlıq – ötən ilin eyni dövrü ilə müqayisədə 38% çox məhsul istehsal edilib, 268 mln. manatlıq ixrac həyata keçirilib.
“APA-Economics” xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir əlavə edib ki, ümumilikdə, indiyədək sənaye zonalarında 4,2 mlrd. manatlıq məhsul istehsal olunub ki, bunun da 1,1 mlrd. manatlıq hissəsi ixrac edilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button