İdman

Azərbaycanın veteran futbolçusu vəfat etdi

Azərbaycanın veteran futbolçusu Hikmət Nəsirov dünyasını dəyişib.

“Report” “Turan Tovuz” klubunun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, sabiq məşqçi 56 yaşında vəfat edib.

Klubdan verilən məlumata görə, Nəsirov şəkərli diabetdən əziyyət çəkib və bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Hikmət Nəsirov Azərbaycan millisinin sabiq futbolçusu, hazırda klubsuz olan Budaq Nəsirovun atasıdır.

H. Nəsirov UGİM (Tovuz) komandasında məşqçi kimi fəaliyyət göstərirdi. O, futbolçu karyerasında Tovuz təmsilçisi “Məhsul”un formasını geyinib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button